• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 27.08.2015 12:36

Bu il Qazaxda zoğal öz məhsuldarlığı ilə seçilir

Apreldə çiçək açıb, avqustda bar verən cürdək boğaz zoğalın yığımına başlanılıb. Yetişməsi digər meyvələrə nisbətən gec olan bitki, bu il bol məhsuldarlığı ilə seçilir. Hazırda Qazaxda dərilməsinə başlanılan zoğal hər ağacdan 150-200 kiloqrama yaxın məhsul verir. Mürəbbə, kompot, turşu üçün alınan meyvənin satışı da bağbanların ürəyincədir, 1 kq-ı 60-70 qəpiyə. Uzun müddət saxlamaq mümkün olduğundan toplanan zoğal daha çox Rusiyaya göndərilir.