Göygöl Rayon İcra Hakimiyyətində bu il imtahanlarda yüksək nəticələr göstərərək tələbə adını qazanan gənclərlə görüş keçirilib. Görüşdə bildirilib ki, rayon üzrə bu il imtahanlarda 470 nəfər iştirak edib. Onlardan 200-dən çoxu müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub. 500-dən yuxarı bal toplayanların sayı 35, 600-dən çox bal toplayanların sayı isə 14-dür. Ötən il isə bu göstəricilər müvafiq olaraq 7 və 6 nəfər olub. Ümumiyyətlə ali təhsil ocaqlarına qəbul olunanların sayı ötən illə müqayisədə iki dəfə çoxdur.
Tədbirin sonunda tələbələrə hədiyyələr verilib.
Nigar Quluzadə- tələbə: “Sınaq imtahanlarında yüksək bal toplayırdım, valideynlərim daha yaxşı nəticələr gözləyirdi. Nəticədə 603 balla BDU-nun Tarix müəllimliyi fakültəsinə qəbul oldum”.
Tamara Hüseynli- tələbə: “Texniki təbiət fənnləri təmayüllü liseyin məzunuyam. Qəbul imtahanlarında 628 bal toplayaraq BDU-nun Beynəlxalq münasibətlər fakültəsinə qəbul oldum”.
- Baxış: 1147