• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 840
— 26.08.2015 14:57

Qocalar evi təmir edilir

Gəncədə fəaliyyət göstərən qocalar evi təmir edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və şəhər İcra Hakimiyyətinin dəstəyi ilə uzun illərdən sonra binada əsaslı təmirə başlanılıb. 1973-cü ildə inşa olunan bina demək olar ki, yararsız vəziyyətdə idi. Təmirdən sonra isə 600 kv.metr sahəsi olan üçmərtəbəli bina ən müasir tələblərə cavab verəcək. Amma, orada ruhi xəstələrin qalmasına artıq icazə verilməyəcək. Binada yalnız kimsəsiz ahıl insanlar məskunlaşa biləcək. Qocalar evi 180 nəfər üçün nəzərdə tutulub. Tikili mart ayına kimi təhvil verilməlidir.