Yollarda təhlükəsizliyi artırmaq məqsədi ilə Qazaxda xəbərdarlıq işarələri quraşdırılır. Gecə saatlarında işıq saçan piyada keçidi işarələri günəş batareyaları ilə işləyir. Nişanlar gediş-gəlişin daha sıx olduğu ərazilərdə qoyulur. Sakinlər də bu işarələrin onların təhlükəsizliyi üçün önəmli olduğunu bildirirlər. Bu cür müasir yol nişanları digər rayonlarda da quraşdırılacaq.
- Baxış: 661