• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 849
— 25.08.2015 15:26

Sosial yardım alanların sayı azalıb

Gəncə şəhərində ünvanlı sosial yardım alanların sayında azalma müşahidə olunur. Ötən ilin müvafiq dövründə 3544 nəfər dövlətdən yardım alırdısa, bul il onların sayı 3254 nəfərə kimi azalıb. Yardımın məbləği isə 150 manata çatdırılıb və sosial yardım alan hər şəxsə orta hesabla 139 manat pul düşüb. Gəncə şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Bəyəli Xəlilov sosial yardım alan ailələrin sayının azalmasını onların maddi durumunun yaxşılaşması ilə izah edib.