Qəbulda 30-a yaxın vətəndaş iştirak edib. Daşkəsən, Gəncə Göygöl, Samux, Tovuz, Kəlbəcər və Xocalı sakinlərinin müraciətləri əsasən dini icmaların qeydiyyata alınması, məscidlərin təmiri və təminatı, ziyarət turlarının təşkili və digər məsələlərlə bağlı olub. Komitə sədri qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyatı qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
- Baxış: 468