• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 849
— 25.08.2015 13:36

MSK treninqlərini davam etdirir

Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşmış kurslar bu gün Gəncənin 39 və 40 saylı dairə seçki komissiyalarında təşkil olunub. Tədbirdə seçici siyahıları ilə işin aparılması, seçkidə yerli icra və bələdiyyə qurumlarının rolundan danışılıb. Həmçinin seçki siyahıları ilə iş, seçki prosesində kütləvi informasiya vasitələrinin rolu, yerli və xarici müşahidəçilərin hüquqları barəsində məruzə edilib. Sonda iştirakçıları maraqlandıran suallar MSK-nın rəsmiləri tərəfindən cavablandırılıb.