• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 25.08.2015 12:55

Qazaxda fındıq yığımına başlanılıb

Rayonun Xanlıqlar kəndində bu il məhsuldarlıq çox yaxşıdır. Qiymətlər də fermerləri qane edir. Hazırda fındığın 1 kiloqramının qiyməti keyfiyyətdən asılı olaraq 1 manat 50 qəpikdən 2 manat 30 qəpiyə kimi dəyişir. Ləpələnmiş məhsul isə alıcılara 4 manata təklif edilir. Bu ilki uğurdan ruhlanan fermerlər fındıq bağlarının ərazisini genişləndirmək istəyirlər. Amma, bunun üçün dövlət tərəfindən güzəştli kreditlərin verilməsini vacib sayırlar.