• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 849
— 24.08.2015 15:56

Gəncə Sukanal Törəmə Səhimdar Cəmiyyəti suyun pulunu ödəməyən abonentlərə qarşı növbəti reydlərə başlayıb

Məqsəd suya olan ödənişi qismən də olsa təmin etməkdir. Qurumun şöbə rəisi Bəxtiyar Məmişovun sözlərinə görə, bu gün işlədilən suyun müqabilində ödənişlərin ancaq 30%-i təmin oluna bilib. Başqa sözlə desək 60 mindən artıq abonenti olan Gəncə şəhər Sukanal Törəmə Səhmdar Cəmiyyətində abonentlərin təxminən 40 mindən artığı dövlətə olan borcunu ödəmir. Bu da daha ciddi tədbirlərin görülməsinə şərait yaradıb. Artıq borcu olan 200-dən artıq abonentin su xətləri kəsilib. Reydlər isə bundan sonra da davam etdiriləcək.