• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 846
— 24.08.2015 15:55

Mərkəzi Seçki Komissiyası Gəncədə maarifləndirici treninqlərə start verib

Bu il keçiriləcək parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası Gəncədə maarifləndirici treninqlərə start verib. Treninqlərdə 37, 38, 39 və 40 saylı seçki dairələri və bəzi məntəqə üzvləri iştirak ediblər. Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"-nın qarşıya qoyduğu vəzifələrdən danışıb. Tədbirdə seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları barədə də ətraflı məlumat verilib.