• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 844
— 24.08.2015 15:55

Gənc sürücüdən təbiətə mesaj

Gəncənin Məhsəti Mərkəzində təşkil olunan təlim belə adlanır. Azərbaycan Gənclər Fondunun maliyə dəstəyi ilə baş tutan təlimdə ekoloji təmiz mühitin yaradılmasının vacibliyindən danışılıb. Vurğulanıb ki, bu sahədə xüsusilə sürücülərin üzərinə böyük məsuliyyət düşür. Çünki, yollarda avtomobillərin sayı artdıqca, ətraf mühit daha çox çirklənir. Buna görə də avtomobillərin texniki cəhətdən saz vəziyyətdə olması və havanı normadan artıq çirkləndirməməsi vacibdir.  Təlim zamanı Gəncədə ətraf mühitin mühafizəsi yönündə həyata keçirilən işlərdən də danışılıb. Təlimlər Gəncədən sonra Göygöl və Samuxda aparılacaq.