• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 843
— 24.08.2015 13:58

Gəncədə yeni sosial xidmət fəaliyyətə başlayacaq

İlk dəfə olaraq Gəncədə oktyabr ayından sosial xidmət fəaliyyətə başlayacaq. Xidmət Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsi və Əlillərə Ziya körpüsü Uşaq Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə yaradılıb. Xidmətdə əsasən könüllü kurslarda iştirak edən 62 sosial işçi çalışacaq. Onlar ahıllara, kimsəsizlərə, uşaqlarına kifayət qədər vaxt ayıra bilməyən valideynlərin övladlarına və başqa sosial xidmətlər göstərəcəklər. Bu işçilər müxtəlif yaş qrupunda olsalar da əsasən gənclərdən ibarətdir. İki qrupa bölünən sosial işçilər gündəlik məişət işlərində, ictimai həyatda xidmətlər təklif edəcəklər.