• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 849
— 24.08.2015 13:57

Şəmkirdə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib

Şəmkirdə Heydər Əliyev Mərkəzində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəmkir Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi konfransda ətraf rayonların dini icma rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər. Çıxış edənlər ölkədə zəngin multikulturalizm ənənələrinin qorunub saxlanılması, təbliği və təşkili istiqamətində həyata keçirilən işlərdən danışıblar. Dini ekstremizmə qarşı mübarizə, mediada dini təbliğat, Azərbaycanda missionerlik mövzusunda müzakirələr aparılıb.