• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 848
— 24.08.2015 12:50

“Asan Xidmət”in səyyar avtobusu Şəmkirdə

Asan Xidmət Mərkəzinin səyyar avtobusu Qərb bölgəsində Qazax, Ağstafa və Tovuz rayonlarının ardından növbəti 15 günü Şəmkir sakinlərinə xidmət edəcək. Avqustun 22-dən sentyabrın 5-dək səyyar asançılar notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi kimi xidmətlər göstərəcək. Elə ilk gündə yerli əhalinin aktivliyi müşahidə olunub. Müraciətlər daha çox ümumvətəndaş pasportlarının verilməsi və şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi ilə bağlı olub. Qeyd edək ki, səyyar avtobusun xidmətindən Tovuz sakinləri də yararlana bilər.

Nail Məmmədov- ASAN Xidmət Mərkəzinin qrup rəhbəri: “İlk gündə 200-ə yaxın vətəndaşa xidmət göstərildi. Artıq xidmətimizin 2-ci günüdür. Bu saata qədər 300- ə qədər vətəndaşa növbə verilib”.