• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 844
— 22.08.2015 16:03

Gəncə uşaq evinin 20-ə yaxın sakini üçün Daşkəsəndə düşərgə təşkil olunub

"Onların kimsəsizi bizik" layihəsi çərçivəsində Gəncə uşaq evinin 20-ə yaxın sakini üçün Daşkəsəndə düşərgə təşkil olunub. Xoşbulaq yaylağında təşkil olunan düşərgənin məqsədi uşaq evində yaşayan, eləcə də əmək qabiliyyəti olan gənclərə yardım göstərmək, onların cəmiyyətimizdə mövcud olan sosial problemlərinin həllinə yardım göstərməkdir. Layihə çərçivəsində belə uşaqların peşə bacarıqlarını əldə etməsi, onların məşğulluğunun təmin olunması məqsədilə təlimlər və görüşlər bundan sonra davamlı olacaq.