• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 840
— 22.08.2015 13:27

Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzinin dərnək və kurslarına qeydiyyata düşənlərin sayında artım müşahidə edilir

Yeni tədris ili üçün Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzinin dərnək və kurslarına 300-ə yaxın şagird qeydiyyata alınıb ki, bu ötən tədris ilindən çoxdu. Müraciət edənlər əsasən rəsm, rəqs, modelyer-dizayn, bədii qiraət dərnəklərinə müraciət edir. Uşaq yaradıcılıq mərkəzinə qeydiyyata alınan şagirdlərin istedadını müəllimlər yoxladıqdan sonra pedaqoqlar tərəfindən bacarıqlarına uyğun istiqamətləndirilir. Mərkəzə Gəncə ilə yanaşı ətraf rayonlardan da 5-17 yaş arası şagirdlər müraciət edir. Müraciət edənlər uşağın doğum haqqında şəhadətnaməsinin sürətini, 1 ədəd şəkil, yaşadığı və oxuduğu məktəbdən arayış və mərkəzdə verilən ərizə formasını doldurur. Şagirdlərin qeydiyyata alınması prosesi isə  sentyabırın 15-nə kimi davam edəcək. Bildirək ki, mərkəzinin əsas vəzifəsi uşaq, yeniyetmə və gənclərin yaradıcılıq qabilliyətinin inkişafı üçün şərait yaratmaq və onların asudə vaxtlarını səmərəli  təşkil etməkdir. Mərkəzdə  16 adda dərnək fəaliyyət göstərir və ötən tədris ili dərnəklər üçün 840 şagird nəzərdə tutulsa da 1000-dən artıq şagird qeydiyyata alınıb. Mərkəzdə şagirdlərə günün ikinci yarısı həftənin şənbə və bazar günləri də daxil olmaqla hər gün məşğələlər keçilir.