• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 849
— 22.08.2015 13:22

Şəmkirin Dəllər qəsəbəsində elektrik təsərrüfatı yenidən qurulur

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Şəmkir rayonunun ən böyük yaşayış məntəqələrindən olan Dəllər qəsəbəsində elektrik təsərrüfatını yeniləyir. Layihəyə əsasən qəsəbədə istismar müddətini başa vuran dirək, naqil və güc transformatorları yenisi ilə əvəz olunur. Ötən bir ay ərzində 300-ə yaxın yeni dayaq basdırılıb. 2 kilometrdən artıq sip kabel çəkilib. 120 mənzildə sayğac qutusu qoyulub. Bundan başqa yaxın vaxtlarda qəsəbə ərazisində 2 yeni güc transformatoru da quraşdırılacaq. Şəbəkə tam yeniləndikdən sonra bütün mənzillər smartkart tipli sayğaclarla təmin olunacaq. İşlərin ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

Rafiq Hüseynov- iş icraçısı: “Əvvəl burada şəbəkə çox bərbad vəziyyətdə olub. Demək olar ki, şəbəkə yox səviyyəsində idi. Vətəndaşlar kor-koranə işıq xətləri çəkiblər. Bu gün isə tam müasir formada yeni şəbəkə qurulur”.