• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 763
— 21.08.2015 16:26

Üzümçülük rayonlarından olan Göygöldə son bir neçə ildə bu sahənin yenidən inkişafına xüsusi diqqət yetirilir

Respublikanın əsas üzümçülük rayonlarından olan Göygöldə son bir neçə ildə  bu sahənin yenidən inkişafına xüsusi diqqət yetirilir. Bu gün rayonda 1000 hektara yaxın sahədə üzüm becərilir. Bu üzüm sortlarının 80 faizi Avropanın qabaqcıl şərab istehsalçıları -Fransa və İtaliyadan gətirilən  texniki üzüm sortlarıdı. Yerdə qalan 20 faizində isə yerli Mədrəsə və Bayanşirə kimi üzüm sortları yetişdirilir. Tələbatı nəzərə alan sahibkarlar gələcəkdə yeni üzüm bağlarının salınmasını planlaşdırır. Məhsuldarlıq da ilbəil artır. Ötən il rayonda becərilən üzüm sahələrindən ümumilikdə 6 min ton məhsul götürülüb.