• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 844
— 21.08.2015 16:26

Gənclər arasında Konstitusiyamızın təbliği layihəsinin icrasına başlanıb

Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi  Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb. "Gənclər arasında Konstitusiyamızın təbliği" layihəsi çərçivəsində Gəncədə ilk təlim baş tutub. Təlim zamanı vurğulanıb ki, dövlətin şəxsiyyət vəsiqəsi hesab olunan konstitusiyanın öyrənilməsi vacibdir. Həm də bu, onu əzbərləməklə yox, əsas qanunumuzun bütün müddəalarını dərk etməklə həyata keçirilməlidir. Təlimdə iştirak edənlərə konstitusiyanın Azərbaycan gəncliyi üçün vacib və öyrənilməsi mütləq hesab olunan maddələrindən ibarət kiçik kitab-vəsait paylanılıb. Təlimlər Gəncədən sonra Mingəçevir, Quba, Sumqayıt və Bakıda davam etdiriləcək. Layihəyə 10 mindən artıq gəncin cəlb olunması planlaşdırılır.