• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 21.08.2015 16:25

Ölkədə süni mayalandırmaya maraq qənaətbəxş deyil

Bu ilin 6 ayı ərzində respublikada 50 min baş heyvan süni mayalandırılıb ki, onlardan da 34 min baş sağlam buzov alınıb. Amma, ölkədə süni mayalandırmaya maraq qənaətbəxş deyil. Məsələn, Gəncə şəhər Baytarlıq İdarəsindən verilən məlumata görə ərazidə heyvanlar arasında süni mayalanma göstəricisi sıfıra bərabərdir. Samux rayonunda ötən il 4865 baş heyvan süni yolla mayalandırılıb. Bu il bu göstərici 2785-dir. Amma ilin sonuna kimi statistikanın yaxşılığa doğru dəyişəcəyi gözlənilir. Belə ki, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi gücləndirilib. Dövlət başçısının sərəncamıyla süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahibinə 100 manat həcmində subsidiya veriləcək. Məqsəd yüksək məhsuldar genetik potensialı olan heyvanların sayının artırılması və bu sahəyə marağın gücləndirilməsidir.

Mürvət Bağırov -Samux Rayon Baytarlıq İdarəsinin rəisi: "Bizim yerli mallar 12-13 litr süd verirsə, süni mayalanma yolu ilə əldə edilən cins heyvanlardan 25-30 litr əldə edilir. 120 kq ət verən yerli maldan fərqli olaraq süni yolla əldə edilən cins malda bu göstərici 180-200 kq olur. Buna görə də yaxın zamanlarda ət və süd məhsullarının bolluğu gözlənilir".