Gəncədə bu gündən başlayaraq xüsusi istedada malik azyaşlı uşaqların vaxtından əvvəl birinci sinfə qəbulunun müsahibəsi həyata keçirilir. Müsahibədə şəhərin 5 orta ümumtəhsil məktəbində təşkil edilib. Müsahibədə iştirak edən uşaqların ərizələri iyulun 20-dən avqustun 20-ə kimi Gəncə şəhər Təhsil İdarəsində qəbul edilib və şəhər üzrə 574 uşağın valideyni müraciət edib. Burada 5 nəfərdən ibarət komissiya üzvü iştirak edir və hər bir uşağa 20 dəqiqə vaxt verilir. Bu müddət ərzində uşağın nitq qabiliyyəti, hesablaması, idrakı və fizioloji psixoloji durumu yoxlanılır. Seçim sentyabrın 10-a kimi davam edəcək.
- Baxış: 586