Gəncə şəhər Əhalinin Sosial Müdafiə Mərkəzi birinci və ikinci qrup əlilləri sanatoriyalara, pansionatlara və turist bazalarına göndərişlərlə təmin edir. Ötən illərə nisbətən müraciətlərin və göndərişlərin sayı artıb. Bu il mərkəz 57 əlilə Naftalan, Nabran və digər sanatoriyalara göndəriş verib. Onlardan 1 nəfər Abşeron, 1 nəfər Bilgəh, 2 nəfər Kürdəmir Ulusu, 53 nəfər isə Naftalan zonasına göndərilib. Yay mövsümü ilə əlaqədar 8 nəfər istirahət zonalarına göndəriş alıb. Göndərişlər müraciət əsasında və növbəli şəkildə verilir. Şəhid ailələrinə, ikinci Dünya müharibəsi və Çernobıl əlillərinə üstünlük verilir.
- Baxış: 548