• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 844
— 20.08.2015 14:25

Gəncə Dövlət Filarmoniyası üçün tikilən binada işlər yekunlaşmaq üzrədir

Gəncədə quruculuq və abadlıq işləri davam edir. Gəncə Dövlət Filarmoniyası üçün inşa edilən binada işlər artıq başa çatmaq üzrədir. 8000 kv.m sahəni əhatə edən filarmoniyada 1500 nəfərlik konsert salonu, 500 nəfərlik açıq zal, 2 mərtəbəli 500 yerlik avtomobil dayanacağı fəaliyyət göstərəcək. İşlərin 80 faizi artıq yerinə yetirilib.

Şəhərin mərkəzində yerləşən, 16-cı əsrə aid Şah Abbas Karvansarasının bərpası işləri də sürətlə davam edir. Uzun illər baxımsız vəziyyətdə olan bu tarixi abidə 2011-ci ildən etibarən Mədəniyyət və Turizim nazirliyinin təşəbbüsü ilə əsaslı şəkildə yenidən bərpa olunur. Bərpa işləri başa çatdıqdan sonra karvansara otel kimi fəaliyyət göstərəcək. Bu da öz növbəsində Gəncədə turizmin inkişafına əlavə təkan verəcək.