• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 756
— 19.08.2015 14:20

Ölkədə taxılın keyfiyyəti məhsuldarlığı qədər yüksəkdirmi?

Bu il ölkədə taxılın məhsuldarlığı yüksək olsa da, keyfiyyətinə görə xaricdən gətirilən məhsuldan geri qalır. Gəncədə fəaliyyət göstərən un məmulatları müəssisəsindən verilən məlumata görə, xaricdən alınan 40 min ton buğdanın tərkibinə 10 min ton yerli buğda qatılır. İdxal edilən buğdanın bir tonu 280 manata, yerli isə 220 manata başa gəlir. Müəssisədə gündə 15 ton makaron istehsal edilir, 5 ton çörək bişirilir, 150 ton buğda üyüdülür. Sentyabr ayından isə 165 nəfərin məşğulluğunu təmin edən zavodda 1-2 kq-lıq kağız paketlərdə un istehsal ediləcək. Bunun üçün Türkiyədən avadanlıqlar alınıb. Zavodda istehsal edilən makaron, manna yarması,  qarabaşaq, düyü, noxud, mərci, lobya, qarğıdalı, arpa, soya kimi məhsullar yerli bazarlarla yanaşı Gürcüstan və İrana da ixrac olunur. Müəssisə Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi hesabına yaradılıb.