• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 764
— 03.08.2015 15:19

Günəbaxan bitkisinin yığımına başlanılıb

Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin əhatə etdiyi rayonlarda ümumilikdə 4380 hektar sahədə günəbaxan əkilib ki, bunun da 295 hektarı Yevlaxın, 1635 hektarı Samuxun, 1900 hektarı Goranboyun, 550 hektarı isə Göygöl rayonunun payına düşür. Bu il orta məhsuldarlığın 20 sentnerdən yuxarı olacağı gözlənilir. Lakin bu rəqəm məhsula göstərilən qulluqdan asılı olaraq arta da bilər. Mütəxəssislər son illər fermerlər arasında günəbaxan bitkisinə marağın artdığını deyirlər.