• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 01.08.2015 14:14

Ölkədə taxıl biçini yekunlaşmaq üzrədir

Hazırda taxıl biçimi mövsümünün sonlarıdır. Aqrolizinq ASC-nin Şəmkir regional nümayəndəliyindən verilən məlumata görə, bölgə üzrə biçinin 95%-i həyata keçirilib. Hazırda təkcə dağlıq yerlərdə biçin işləri gedir, bu əsasən Şəmkirin dağlıq zonalarındakı bir neçə min hektar sahəyə aiddir. “Aqrolizinq”in regional nümayəndəliyinə daxil olan Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəyə məxsus kombaynları həmin ərazidə biçin işləri aparır. Yaxın 10-15 gündə işlər yekunlaşacaq. Ümumilikdə “Aqrolizinq” ASC-nin Şəmkir regional nümayəndəliyi götürülən öhdəliyin 75%-i yerinə yetirdiyini açıqlayıb. Amma bu göstəricilər də hələlik son deyil. Şəmkirdə biçin işləri qurtardıqdan sonra adı çəkilən ərazilərdə və onun ətrafında günəbaxan və qarğıdalı sahələrinin biçininə başlanacaq. Bu ilin kənd təsərrüfatı ili elan edilməsi də qurumun məsuliyyətini artırıb. Taxıl biçinindən sonra şum işlərinə də start veriləcək. Bunun üçün traktor və kotanlar hazır vəziyyətə gətirilib.

Azər Əliyev – “Aqrolizinq” ASC-nin Şəmkir regional nümayəndəliyinin direktoru: "Taxıldan ayrı-ayrı sahələrdən hər hektardan 25-40 sentner məhsuldarlıq qeydə alınıb, bu da ilin keçən ilkinə nisbətən məhsuldar keçdiyini göstərir".