• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1293
— 23.09.2014 14:11

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda saxtakarlıq faktı aşkarlanıb

AFFA-nın İntizam Komitəsi cari mövsümün III turunda -  “Mil-Muğan” – “Turan-T” matçında baş verənləri araşdırıb. Nəticədə, "Mil Muğan" klubunun baş məşqçisi Mətləb Məmmədovu 12 ay müddətində futboldan uzaqlaşdırıb.

 

Belə ki, oyun başa çatdıqdan sonra “Turan-T” klubu protokolda etiraz qeyd edib. Tovuzlular ev sahiblərinin heyətində  3 nömrəli futbolçu - 30 may 1993-cü il tarixində anadan olan Fərid İbrahimlinin əvəzinə klubun digər futbolçusu doğum tarixi 11 noyabr 1990 olan Orxan Məhərrəmovun iştirak etdiyini bildirib. Nəticədə matçın hakiminin iştirakı ilə hər iki futbolçunun sənədləri yoxlanılıb və həqiqətən də hadisənin yuxarıda qeyd olunduğu kimi olduğu faktı qeydə alınıb. İntizam Komitəsi bütün bunları nəzərə alaraq “Mil-Muğan”a limiti pozduğuna görə 0:3 hesablı texniki məğlubiyyət verilməsini lazım bilərək, klubu 1000 manat cərimə edib. Qaydalara əsasən matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalıb, vurulan qollar isə ləğv edilib. Ancaq Aran təmsilçisi canını bu cəzalarla qurtara bilməyib.

 

Klubun baş məşqçisi Mətləb Məmmədov saxtakarlığa yol verdiyinə görə 12 aylıq futbol fəaliyyətindən kənarlaşdırılıb. Gəncə futbol məktəbinin yetirməsi olan Məmmədov "Kəpəz"dəki çıxışları ilə tanınıb. Nizami yurdunun komandası ilə yanaşı o, karyerası ərzində Şəmkir, Karvan və Qəbələdə də çıxış edib. Top qovduğu dövrlərdə Azərbaycan çempionatının müxtəli əyarlı medallarını qazanıb. Futbolçu karyerasını ötən il başa vuran sabiq müdafiəçi elə həmin vaxtdan da İmişli klubunda məşqçiliyə başlayıb.