• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1165
— 23.09.2014 14:01

Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş açıq Respublika turniri keçiriləcək

2014-cü ilin təqvim planına əsasən, oktyabrın 27-29-da Helsinki Olimpiya oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş növbəti açıq Respublika turniri keçiriləcək. Turnirdə iştirak üçün sərbəst və yunan-Roma güləşi üzrə seçim xarakterli zona birinciliklərinə start verilir. Yarışın təşkili həm də 2015-ci ildə keçiriləcək yeniyetmələrin Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

1998-99-cu il təvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışların ilk mərhələsi AGF-in nümayəndəlikləri tərəfindən düzənlənəcək. Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarışlarda güləşçilər 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcələrində mübarizə aparacaqlar. 

3 saylı nümayəndəliyin seçim yarışları oktyabrın 4-də Qobustanda, 2 saylı nümayəndəliyin seçim yarışları oktyabrın 4-5-də Sumqayıtda təşkil olunacaq. Oktyabrın 11-12-də 4, 6 və 7 saylı nümayəndəliklərin seçim yarışları baş tutacaq, mübarizələr müvafiq olaraq Sabirabad, Şəki və Şəmkirdə keçiriləcək.

1 saylı nümayəndəliyin seçim xarakterli Bakı birinciliyində isə, oktyabrın 8-9-da sərbəst, 10-11-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Nümayəndəliklər üzrə qalib gələn güləşçilər ayrılan saya uyğun olaraq Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunan açıq Respublika turnirində iştirak hüququ əldə edəcəklər.