• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 751
— 27.07.2015 13:38

Dövlət Məşğulluq Xidmətinin Gəncədəki Əmək birjası işə ehtiyacı olanları işlə təmin etməkdə davam edir

Dövlət Məşğulluq Xidmətinin Gəncədəki Əmək birjası tərəfindən ötən ay 42 nəfər işə göndərilib. İyun ayında birjada qeydiyyatdan keçənlərin sayı isə 20 olub. Yanvar-iyun aylarında müraciət edən 131 nəfərdən 110-u qadındır. Həmin müddət ərzində birja 262 nəfərə göndəriş verib ki, bu rəqəmin də 177-si qadınların payına düşür. Əmək birjaları natamam iş günü və natamam iş həftəsi üzrə işləyənlərin də əlavə qazanc əldə etmələri üçün onların qısa müddətli işlərlə təmin olunmasına köməklik göstərir. Bununla əlaqədar əhalidən müxtəlif növ işlərin görülməsinə dair sifarişlər qəbul olunur və müvəqqəti xarakterli işlər üçün müraciət edən vətəndaşlara təklif edilir.

Mahirə Dünyamalıyeva- Əmək birjasının məsləhətçisi: “Hazırda mövsümi işlərlə bağlı Heydər Əliyev Mərkəzində əməkhaqqı 150 manat olan bağban yeri var. “Gəncə Şərab2”-də bağ fəhləsi yeri var, orada da məvacib 150 manatdır. Ev işləri - xadimə, aşbaz, dayə, xəstə baxıcısı,  malyar kimi yerlərimiz var. İstərdik ki, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar da bizə müraciət etsinlər. Birjamız onlara işçi axtarışında köməklik edə bilər”.