• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 743
— 21.07.2015 18:27

Xaçmaz polisi Nabran istirahət zonasında avtoreyd keçirib

Həftə sonu Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Nabran istirahət zonasında avtoreyd keçirib. Reyd keçirilən zaman əsas qayda pozuntuları gecə saatlarında qeydə alınıb.

Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları növbəti avtoreyd keçirib. 10 saat müddətində davam edən  reydə Xaçmaz rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşları da qatılıb. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə keçirilən reyd rayonun Nabran qəsəbəsi ərazisində təşkil  olunub.

Daha çox qayda pozuntuları isə gecə saatlarında qeydə alınıb. Reyd zamanı sürücülərin sərxoş olub-olmadığını müəyyələşdirmək məqsədilə həkim müayinəsi də təşkil edilib. Sənədlərini və avtomobilin açarlarını polisə təhvil verməkdən imtina edən sürücülər də olub. Bununla yanaşı, sərxoş sürücülərin bəziləri polisə tabe olmayaraq müqavimət göstərib. Reyd zamanı yol hərəkəti qaydalarını pozan 80-dən artıq sürücü barəsində protokol tərtib edilərək, tədbirlər görülüb. Reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.

Müşfiq Nemətov, Ramin Allahverdiyev