• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 744
— 20.07.2015 12:51

ADAU-nun meyvə bağında Naxçıvandan gətirilən üzüm və yeni ərik sortları təcrübədən keçirilir

Bu il Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasının meyvə bağına təcrübə üçün Naxçıvan MR-dan 25 adda sırf yerli üzüm və yeni ərik sortları gətirilib. Sınaq uğurlu keçərsə payızda bu çiliklərdən bağ salınması nəzərdə tutulur. Bundan əlavə meyvə bağında Quba rayonuna məxsus alma sortları da təcrübədən keçirilir. Sınaqdan keçirilən sortlar isə ölkənin müxtəlif rayonlarına fermer təsərrüfatlarına tövsiyyə olunur.

Hüseyn İdrisov- ADAU-nun bağçılıq kafedrasının müdiri: "Amma yaxın rayonlarda tutaq ki, Şəmkirdə, Goranboyda, Oğuzda müxtəlif fermer təsərrüfatları var ki, mütəmadi olaraq bizlə əlaqə saxlayırlar. İzləyirik görək hansı nəticələr əldə olunacaqdır. Məqsəd Azərbaycanda itib-batmaqda olan yerli sortların yığılması və kolleksiyanın yaradılmasıdır".