• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 764
— 18.07.2015 15:07

Ramazan bayramı ilə əlaqədar Gəncənin bazarlarında və ət satışı məntəqələrində yoxlamalar aparılır

Ramazan bayramı ilə əlaqədar Gəncə şəhər Baytarlıq İdarəsinin həkimləri bazarlarda və ət satışı məntəqələrində yoxlamalar aparır. Məqsəd xəstə və insan sağlamlığı üçün təhlükə doğuran heyvan ətinin satışının qarşısını almaqdır. Bu gün aparılan yoxlamalar zamanı hər hansı xəstəlik aşkar edilməsə də, baytarlar alıcılara mütləq üzərinə möhür vurulan mal və qoyun ətini almağı tövsiyə edir. Gəncədə 4 bazar və 50-ə yaxın ət satışı obyekti fəaliyyət göstərir ki, burada da gün ərzində 1,5 ton xırdabuynuzlu və 3 tona yaxın iribuynuzlu heyvan əti satışa çıxarılır.

Bayandur Rzayev- Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi: “İdarəmiz gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Gətirilən ət məhsulları laboratoriyamızda, müayinədən keçir, yoxlanılır. Sağlamlığına əmin olunduqdan sonra satışına icazə verilir. İdarənin bütün əməkdaşları bayram günlərində əhalini sağlam, keyfiyyətli, tam zərərsiz qida məhsulları ilə təmin etmək üçün fəaliyyətdədir. Ciddi xəstəliklə rastlaşmamışıq. Əgər belə hal verərsə dərhal onun qarşısını almağa hazırıq”.