• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 18.07.2015 15:02

Qərb bölgəsinin sahibkar qadınları İtaliyada keçiriləcək beynəlxalq sərgiyə qatılacaqlar

Qərb bölgəsindən bir qrup sahibkar qadın İtaliyada sahibkarlıq fəaliyyəti ilə bağlı keçiriləcək beynəlxalq sərgiyə qatılacaq. Səfər 6000-dən çox üzvü olan “Sahibkar Qadınlar” İctimai Birliyinin dəstəyi ilə reallaşacaq. Gələn ay keçiriləcək və Azərbaycan da daxil olmaqla, 10-dan çox ölkədən nümayəndələrin iştirak edəcəyi sərgidə sahibkarlar istehsal etdikləri mal və məhsulları nümayiş etdirəcək. Eləcə də təmsil olunan ölkələrdə sahibkarlığın inkişaf səviyyəsinin müzakirə olunacağı konfrans təşkil olunacaq. Sahibkar qadınların İtaliyadan sonra, Türkiyə və Gürcüstana da səfərləri planlaşdırılır.