• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1166
— 23.09.2014 09:54

"DÇ-2022" Qətərdə keçirilməyə bilər

2022-ci ildə Qətərdə keçirilməsi planlaşdırılan futbol üzrə dünya çempionatı ilə bağlı uzunmüddətdi gedən müzakirələr FİFA rəsmiləri arasında da fikir ayrılığı yaradıb. Qurumun İcraiyyə Komitəsinin üzvü Teo Zvanziger fərqli mövqedə duraraq ev sahibliyinin Qətərdən alına biləcəyini bildirib.

 

Almaniyalı futbol rəsmisi DÇ-2022-nin yerinin dəyişdiriləcəyini mümkün addım sayır. "Bild" qəzetinə danışan Zvanziger bunu Qətərdə havanın həddindən çox isti keçməsi ilə əlaqələndirib. Həkimlərin Qətərdəki isti hava şəraitində turnirin keçirilə biləcəyinə zəmanət vermədiklərini deyən qurum rəsmisi dünya çempionatının stadionlardan ibarət olmadığını deyib. Mundial zamanı dünyanın bir çox ölkəsindən Qətərə insanlar gələcəyini diqqətə çatdıran Zvanziger isti hava səbəbindən onların səhhətində problemlərinin yaranacağını əlavə edib.

 

Qeyd edək ki, UEFA-nın baş katibi Canni İnfantino Qətərdə təşkil olunacaq "DÇ-2022"nin hansı fəsildə keçiriləcəyinə 2015-ci ilin mart ayında aydınlıq gələcəyini açıqlayıb. Qətərdəki mundialın qış fəslində keçiriləcəyi də istisna olunmur. 

Həmçinin yüksək hərarətlə yanaşı, İŞİD terror təşkilatının təhdidləri səbəbindən mundialın ev sahibliyinin Qətərdən alınaraq digər ölkəyə verilməsi məsələsi futbol ictimaiyyətində geniş müzakirə olunur.