• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4056
— 16.07.2015 18:00

Bakıda 2 yol qəzası baş verib

Paytaxtda yol qəzaları qeydə alınıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Yol-nəqliyyat hadisələrindən biri Bakının Xətai rayonunda, Məhəmməd Hadi küçəsində baş verib. “Fiat” və “Şevrolet” markalı iki minik maşını toqquşub. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. İlkin ehtimala görə, qəzaya nəqliyyat vasitələrinin manevr zamanı bir-birini gözləməməsi səbəb olub.

Digər qəza paytaxtın areport şosesində qeydə alınıb. Mərdəkan qəsəbəsindən şəhər istiqamətində hərəkət edən “BMW” markalı minik maşını dəmir arakəsmələrə çırpılıb. Sürücü qəzaya digər avtomobilin səbəb olduğunu bildirib. Belə ki, arxadan gələn avtomobil onun maşınına, “BMW” isə dəmir arakəsməyə çırpılıb.

Hər iki yol-nəqliyyat hadisəsi ilə bağlı avtotexniki ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.