• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4051
— 16.07.2015 12:33

Gəncədə motosiklet qəzaya uğrayıb, sürücünün barmaqları kəsilib

Ötən gün Gəncə şəhərində yol qəza hadisəsi baş verib. Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus “QAZ 53” markalı avtomobil 34 yaşlı şəhər sakini Kamil Nadirovun idarə etdiyi motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Xəstəxanasına aparılıb. Müayinə və müalicələrdən sonra sürücünün 3 barmağı amputasiya edilib. Qəzanın səbəbləri araşdırılır.