• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 11.07.2015 15:25

ADAU-nun laboratoriyasında yeni buğda sortları sınaqdan keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin taxıl və paxlalı bitkilər sahəvi laboratoriyasında yeni buğda sortları sınaqdan keçirilib. Bunlar “Nurcahan” yumşaq buğda sortu, “Qırmızı buğda 1” və buğda ilə çovdarın hibridi olan tritikaledir. Hər üç sort laboratoriyanın təcrübə sahəsi ilə yanaşı, fermerlərlə müqavilə əsasında Samux, Şəmkir və Goranboyda da əkilib. Laboratoriyada taxıl bitkilərinin zəngin genefondu toplanıb. Bu genefonda 400-dən çox növ daxildir. Mütəxəssislər yeni sortların da bəyənilərək, rayonlaşdırılacağını gözləyir.