• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 09.07.2015 16:51

Göygöldə ikinci Süni Mayalanma Mərkəzi tikilir

2016-cı ildən genin transplantasiyası vasitəsilə heyvandarlığın inkişafına nail olmaq olar. Bunun üçün Göygöldə fransızlarla birgə ikinci Süni Mayalanma Mərkəzi tikilir və ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Normalda bir inəkdən bir bala almaq olursa, embrion köçürmədən istifadə etməklə yüksək məhsuldar inəklərdən qısa müddətdə orta hesabla ildə 15-20 bala almaq mümkün olacaq.

Suliddin Abbasov- ADAU-nun dosenti: "Süni mayalanmanın embrion köçürmədən ikinci fərqi ondan ibartədir ki, süni mayalanmada alınan heyvanlar 50% yaxşılaşdırılan cinslər, 50% yerli cinslər olur. Biz də bunu 3-4 nəsil davam etdiririk. 13-14 il vaxt tələb olunur, genin transplantasiyası isə cəmi 3 ilə arzuolunan tipin, cinsin yaranmasına səbəb olur".