• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 08.07.2015 17:13

ADAU-nun taxıl və paxlalı bitkilər sahəvi laboratoriyasında yeni qarğıdalı sortu sınaqdan keçirilir

Azərbaycan Dövlət Aqrar Universitetinin taxıl və paxlalı bitkilər sahəvi laboratoriyasında yeni “Məhsuldar” qarğıdalı sortu sınaqdan keçirilir. Bu sort laboratoriyanın təcrübə sahəsi ilə yanaşı, fermerlərlə müqavilə əsasında Samux, Şəmkir, Goranboy və Zaqatalada da əkilib. Bundan öncə laboratoriyada geniş tədqiqat işləri nəticəsində alınan “ADAU 80”, “Gəncə” sortları fermerlər tərəfindən rəsmi rayonlaşdırılıb və dövlət reyestrinə salınıb. Hazırda bu il hər iki sortun əkin sahələri 100 hektarlarla sahəni əhatə edir. Mütəxəssislər yeni “Məhsuldar” sortunun da sınaqdan yaxşı çıxacağına əmindirlər.