• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 762
— 08.07.2015 15:02

Tovuz rayonuna müxtəlif ölkələrdən gətirilən cins mal-qaranın sayı artmaqdadır

KepezTV Player

Bu günə qədər Tovuz rayonuna müxtəlif ölkələrdən 235 baş cins mal-qara gətirilib ki, onların hazırda sayı 700-dən çoxdur. Məhsuldar cinslərin yetişdirilməsi üçün rayona gələcəkdə də iribuynuzlu mal-qaranın gətirilməsi nəzərdə tutulub. Baytarlar deyir ki, vaxtında aparılan profilaktik tədbirlər, düzgün yemləndikdə ölkəyə gətirilən inəklərdə ölüm halları müşahidə edilmir. Məhsuldar cinslər daha çox süni mayalanma yolu ilə çoxaladılır. Bu həm artıma kömək edir, həm də iribuynuzlu heyvanların xəstəliklərə yoluxma riskini azaldır. Ölkəyə gətirilən heyvanlar 1 il müddətinə yerli şəaritə uyğunlaşaraq sahibinə xeyr verə bilir.