• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4107
— 07.07.2015 23:22

Bakıda sürücülərin məsuliyyətsizliyi qəza ilə nəticələnib

Hadisə zamanı Niva və Subaru markalı avtomobillər toqquşub.Hadisə gecə saatlarında Yasamal rayonu ərazisində baş verib. Avtomobil bazarının yaxınlığında qeydə alınan hadisə zamanı sürücü Cavan Məmmədovun idarə etrdiyi “Niva” markalı avtomobillə Qorqud Rüstəmxanova məxsus “Subaru” markalı avtompobil toqquşub. Qəzaya yol ayrıcında manevr etmə qaydalarının düzgün yerinə yetirilməməsi səbəb olub.

Hadisə xəsarətsiz ötüşsə də hər iki avtomobilə ciddi ziyan dəyib. Hazırda qəzanın dəqiq səbəbləri aidiyyəti orqanlar tərəfindən araşdırılır. İlkin olaraq qəzanın sürücünün diqqətsizliyi ucbatından baş verdiyi ehtimal edilir.