• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4046
— 07.07.2015 18:49

Azərbaycanda boğulma təhlükəsi ilə üzləşən 79 nəfər xilas edilib

2015-ci ilin əvvəlindən iyulun 7-dək Azərbaycanda boğulma təhlükəsi ilə üzləşən 79 nəfər xilas edilib. Fövqəladə Hallar Nazirliyi mövsümlə əlaqədar əhaliyə xəbərdarlıq da edib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Təbliğat və təşkilat sektorunun məlumatına əsasən, suda boğulma təhlükəsi ilə üzləşən şəxslərdən 38 nəfəri qeyri-çimərlik ərazisində, 41 nəfəri isə çimərlik ərazisində xilas edilib. Xilasetmə məntəqələrinin fəaliyyət göstərdiyi çimərlik ərazisində indiyədək suda boğulma hadisəsi baş verməyib. Qeyd edilib ki, çimərlikdə istirahət edən insanlar xoşagəlməz hallarla üzləşməmək üçün qaydalara mütləq riayət etməlidirlər: Belə ki, çimərlikdə 13 yaşdan aşağı uşaqları nəzarətsiz qoymaq olmaz! Sərxoş halda çimərlik ərazisinə daxil olmaq və çimərlikdə spirtli içki qəbul edib suya girmək qadağandır!

- Qadağan olunmuş yerlərdə çimmək olmaz!

- Su obyektləri və onların sahillərini məişət və digər tullantılarla çirkləndirmək qadağandır!

- Uşaqlara çimərlikdən yalnız valideynlərin müşayəti ilə istifadə hüququ verilir!

- Su hövzələrində, çimərlikdə qadağanedici xəttlərdən uzağa üzmək qadağandır!

- Çimərlik ərazisində balıq tutmaq və tor atmaq olmaz!

- Çimərlik ərazisinə qayıqların və kiçik həcmli gəmilərin daxil olması qadağandır!

- Çimərlik ərazisində xilasedicilərin tələblərinə sözsüz əməl olunmalıdır!