• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4278
— 07.07.2015 18:22

Lənkəranda velosipedçinin vurulması ilə nəticələnən ağır yol qəzası baş verib

Hadisə ötən gün axşam saat 19:00 radələrində rayonun Haftoni qəsəbəsinə gedən şose yolda qeydə alınıb. Haftonu qəsəbə sakini, 26 yaşlı Taleh Mirzəyev idarə etdiyi “NAZ Lifan” markalı minik avtomobili ilə velosipedlə hərəkətdə olan rayonun Kərgəlan kənd sakini, 21 yaşlı İlqar Həmidzadəni vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan İlqar Həmidzadə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Burada ona müvafiq tibbi yardım göstərilsə də, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.