• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4166
— 06.07.2015 20:01

Şəkidə taxıl sahəsində yanğın baş verib

Şəkinin Öyrət kəndi ərazisində, biçilən taxıl sahəsində yanğın baş verib. 7 hektara yaxın ərazidə başlayan yanğın, daha sonra meşə zolağına keçib. Dərhal hadisə yerinə Fövqəladə Hallar nazirliyinin Şəki Dövlət Yanağından Mühafizə xidmətinin 2 texnikası və xeyli sayda canlı qüvvəsi  cəlb edilib. Havanın qismən küləkli olması və biçilən ərazidə quru ot qalıqlarının çoxluğu yanğınsöndürənlərin işini bir qədər çətinləşdirib. Buna baxmayaraq yanğının qarşısını vaxtında almaq mümkün olub. Hələlik yanğının nədən baş verdiyi məlum deyilı. Araşdırmalar aparılır.