• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 30.06.2015 13:02

“Qərb bölgəsində camışçılığın genişləndirilməsi baxımından əlavə addımlar atılmalıdır”

Qərb bölgəsində camışçılığı inkişaf etdirmək üçün dövlət səviyyəsində tədbirlər görülməlidir. Bu fikri Azərbaycan Dövlət Aqrar Universitetinin Əczaçılıq və baytarlıq-sanitariya ekspertizası kafedrasının müdiri Mirzə Əliyev bildirib. Onun sözlərinə görə, bu sahənin inkişafı üçün, münbit reylefə malik olan qərb bölgəsində heyvandarlığın ən gəlirli sahəsinin genişləndirilməsi baxımından əlavə addımlar atılmalıdır. Çünki qərb bölgəsində lazımi qədər axar çay var və bu heyvanların əsas təlabatı da suyadır. Mütəxəssis qeyd edib ki, məhsuldarlıq baxımından camışçılıq olduqca mühüm əhəmiyyət daşıyır. Xüsusən süd emalında heyvandarlığın bu sahəsi misilsiz əhəmiyyətə malikdir. Bu sahənin inkişafı ilə böyük məbləğdə gəlir götürülə bilər.

Mirzə Əliyev- ADAU-nun kafedra müdiri: “Əvvələr Gəncə şəhərində Süd zavodu var idi və camış südündən məşhur Gəncə qaymağı hazırlanırdı. Yəni bu heyvanların südü qara malın südündən kəskin şəkildə fərqlənir. Elə cavan camışların əti də qara malın ətindən geri qalmır. Bir vaxtlar bu heyvanların ətini Gəncədən Rusiyanın Sankt-Piterburq və Moskva şəhərlərinə göndərirdilər”.