• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 30.06.2015 14:34

Şəmkirdə istixanalar bol məhsul yetirib

Şəmkirdə istixana təsərrüfatına maraq ilbəil artır. Buna səbəb fermərlərin bu istiqamət üzrə daha çox gəlir əldə etməlidir. Ötən illə müqayisədə məhsulun Rusiya bazarlarına maneəsiz çatdırılması və münasib qiymətə satılması təsərrüfat sahiblərinin üzünü güldürən amillərdəndir.

Şəmkir rayonunun Muxtariyyə kəndində elə bir təsərrüfat tapılmaz ki, orada istixana yaradılmasın. İstixanalarda yetişdirilən əsas məhsullar isə pomidor və xiyardır. Ötən mövsümdən fərqli olaraq bu il istixanalarda məhsuldarlıq ürəkaçandır. Fermerlərin sözlərinə görə hər hektardan ən azı 5 ton məhsul yığılır.

Elmixan Əliyev- təsərrüfat sahibi: “Məhsuldarlıq çox yaxşıdır. 30 sot istixanadan 2 ton məhsul götürə bilirəm”.

Məhsulun bolluğu qiymətlərə o qədər də təsir göstərməyib. Əksinə bazarlarda pomidor və xiyarın qiyməti günbəgün bahalaşmaqdadır. Təsərrüfat sahibləri bunu Rusiya bazarlarında ölkəmizin məhsullarına olan təlabatla əlaqələndirirlər.

Səxavət Əliyev- təsərrüfat sahibi: “Bizim işimiz Rusiya ilə əlaqəlidir. Rusiyada qiymət yaxşı olanda bizdə yaxşı olur. Orada qiymət düşəndə bizdə də eyni hal təkrarlanır”.

Alıcı kütləsinin artmasının səbəbi isə məhsul Rusiya bazarlarına çatdırılanadək yarana biləcək maneələrin aradan qaldırılmasıdır. İndi sahibkarlar pomidoru xarici bazara daha rahat şəkildə əlavə xərc və əziyyət çəkmədən çatdıra bilirlər.

Qüdrət Əkbərov- sahibkar: “Sərhəddə bu il elə bir problem yoxdur. Biz hazırda iritonnajlı maşınlarla məhsul göndəririk. Sərhəddən vaxtında keçir”.

Qeyd edək ki, Şəmkir rayonunda 1500 hekatar sahədə istixana yaradılıb. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, gələn il istixanaların sahəsi 2 dəfə genişləndirilərk 3 min hektara çatdırılacaq.

Natiq Hüseyn