• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 754
— 22.09.2014 10:06

Şəmkir və Yevlaxda bıçaqlanma hadisələri baş verib

Şəmkirdə kütləvi dava baş verib. Toy mərasimi zamanı rəqs üstündə yaranan mübahisə bir nəfərin bıçaqlanması ilə nəticələnib. Yevlaxda isə baş nahiyəsindən bıçaq zərbələri alan 42 yaşlı Natiq Həsənovun vəziyyəti kritik olaraq qalır.

Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 28 yaşlı Sərxan Mahmudov ötən gün axşam saat 21:00 radələrində üzərində bıçaq yaraları olan xəsarətlərlə mərkəzi rayon xəstəxanasına gətirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib. Onun səhhəti orta ağır kimi qiymətləndirilir. Şəmkir rayon Polis Şöbəsinin Zəyəm bölməsindən verilən məlumata görə, Sərxan Mahmudov yaxınlarının toy məclisində bıçaqlanıb. Belə ki, bir neçə şəxs toyda rəqs üstündə dava salıb, bu zaman aranı sakitləşdirmək istəyən Sərxan Mahmudov bıçaqlanıb. Ancaq onun kim tərəfindən bıçaq zərbəsinə tuş gəldiyi hələlik məlum deyil. Əməliyyat istintaq qrupu hazırda kütləvi dava iştirakçılarının müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir. Bölmədən o da bildirilib ki, faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsində cinayəti işi başlanılıb və müstəntiq Taleh Şamilov tərəfindən istintaq aparılır.

İlham Məmmədov- həkim: “Xəstəyə ilkin yardım göstərilərək xəsarətlər müəyyən edildi. Əməliyyat zamanı yaralar tikildi və qanaxma dayandırıldı. Hazırda reanimasiya şöbəsində vəziyyəti keçirdiyi əməliyyata uyğundur”.

Ötən gün bıçaqlanan Yevlax sakini, 42 yaşlı Natiq Həsənovun vəziyyəti isə ağır olaraq qalır. Bu barədə Yevlax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Qeyd edək ki, hadisə Abbasqulu bəy Şadlinski küçəsində baş verib. Natiq Həsənova sağ və sol gicgah nahiyəsindən bıçaq zərbələri endirilirb.

Qeyd edək ki, hadisəni törədən şəxs polis tərəfindən tutularaq istintaqa cəlb olunub. Faktla bağlı araşdırma davam etdirilir.