• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 27.06.2015 17:02

Qərb bölgəsinin taxıl zəmilərində yüksək məhsuldarlıq gözlənilir

Aran bölgəsinə nisbətən Tovuz, Qazax, Ağstafa rayonlarında taxıl gec yetişir. Bu səbəbdən adıçəkilən rayonlarda biçinə iyunun son günlərində start verilir. Hazırda Tovuzun Mülkülü, Qaraxanlı kəndlərində arpa biçilir.

Bu il havaların yağmurlu keçməsi taxıl sahələrində məhsuldarlığının yüksək olmasına səbəb olub. Fermerlər hazırda biçilməkdə olan sahələrdən hektara 30-35 sentner məhsul gözlədiklərini bildirirlər.

Bu il kombayn çatışmazlığı problemi də aradan qaldırılıb. Fermerlər taxıl zəmilərini biçdirmək üçün texnikanı rahat şəkildə tapdıqlarını bildirdilər.

Qeyd edək ki, ötən il Tovuzda 9 min hektardan çox sahədə buğda, 200 hektardan çox sahədə isə arpa əkilib.

Rahim İbrahimoğlu