• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 27.06.2015 15:02

Goranboyun əkin sahələrində bu il bol məhsuldarlıq gözlənilir

Goranboyda əkin sahələrində zərərvericilərə və xəstəliklərə qarşı vaxtında aparılan profilaktik mübarizə tədbirləri nəticəsində bu il bol məhsuldarlıq gözlənilir. Dərmanlama işləri əsasən dənli bitkilər əkilən sahələrdə və bağlarda aparılıb.

Aqrar rayon kimi tanınan Goranboyda bu il 23 min hektara yaxın sahədə dənli bitkilər əkilib. Onlardan yarısı arpa, yarısı isə buğda sahələridir. Bundan əlavə, 500 hektarda pambıq, 800 hektarda bostan bitkiləri və tərəvəz, 1000 hektarda günəbaxan, 300 hektar sahədə kartof əkilib. Fərdi təsərrüfatlarda isə hektarlarla meyvə ağacları yetişdirilir. Rayon Bitki Mühafizə Mərkəzindən verilən məlumata görə, 2015-ci ilin arxada qalan dövrü ərzində sahələrdə ciddi xəstəliklərə və zərərvericilərin kütləvi şəkildə yayılması hallarına rast gəlinməyib.

Xaləddin Həsənov -Goranboy rayon Bitki Mühafizə Mərkəzinin rəisi: "Yoxladığımız bütün sahələrdə məsləhətlərimizi və ayrılan dərman preparatlarımızı verdik, yazda qarşısı alındı. Yenə də var sirayətlənmiş ərazilərimiz, ancaq ziyanlı vəziyyətdə deyil. Rayonda əsas əkin növü dənli taxıl bitkilərdi, bununla da biçin yekunlaşmaq üzrədir. Sahələri daim nəzarətdə saxlayırıq, bizdə yalnız gəmiricilərdir ziyan vuran, başqa karantin zərərvericilər olmur".

Rayonun Ermənistanla həmsərhəd olmasına və Bozdağ silsiləsi ilə əhatə olunmasına baxmayaraq, əkin sahələrində xüsusi təhlükəli xəstəliklərə görə karantin elan edilməyib.

Xaliq Qurbanlı