• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 24.06.2015 13:47

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Gəncə Regional Təchizat Bazasına bu mövsüm 100-ə yaxın fermer təsərrüfatı müraciət edib

Bazanın tabeliyində olan Samux və Göygöl rayonları ərazisində ümumlikdə 15 min hektar arpa və taxılın biçilməsi nəzərdə tutulur. Məhsulun vaxtında və itkisiz yığılması üçün biçin işləri növbəlilik üzrə aparılır. Praqnozlara görə, bu il ərazidən 1 hektardan 25-30 sentner məhsul əldə ediləcək. Hazırda qurumun 18 kombaynından 6-ı Samuxda, 12-i isə Göygöl rayonunda olmaqla təsərrüfatlarda biçin işlərində istifadə edilir.  Hər iki rayonda işlər yekunlaşdıqdan sonra texnikalar dağlıq rayonlarda biçinə cəlb olunacaqlar.

Qeyd edək ki, Aqrolizinq” ASC tərəfindən göstərilən servis xidmətlərinin tariflərinə əsasən, fermer təsərrüfatları 1 hektar sahədə biçinə görə 27 manat pul ödəyirlər.